Qadin.NET / Bakının yeni dostu

Bakının yeni dostu

 

Bakının yeni dostu

"Rəsmi Aşqabad ilə Bakı arasındakı münasibətlər dostluq və mehribançılığa əsaslanır."
ANS PRESS-in məlumatına görə, bunu Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ilə görüşündə bildirib.
Dövlət başçısı deyib ki, Türkmənistanın niyyəti bütün istiqamətlər üzrə Azərbaycan ilə əməkdaşlığın möhkəmləndirildiyini söyləyib, çünki ikitərəfli əlaqələrimizin möhkəm, qədim təməli var.
R.Abdullayev Azərbaycan rəhbərliyinin salamlarını Q.Berdiməhəmmədova və dost türkmən xalqına çatdırıb, iki ölkənin mehriban dostluq münasibətlərinin inkişafından danışıb. O vurğulayıb ki, Türkmənistan dövlətinin xarici siyasətinin açıqlığı, yaradılmış əlverişli investisiya iqlimi bütün sferalarda, o cümlədən neft-qaz sektorunda məhsuldar əlaqələr üçün etibarlılıq təşkil edir.
Danışıqlarda əminlik ifadə edilib ki, imkanların artması həmçinin beynəlxalq əməkdaşlığın mökəmlənməsinə, dünya ictimaiyyətinin qarşısında duran qlobal hədəflərə nail olmağa kömək edəcək. Bu çərçivədə Türkmənistan dövləti milli iqtisadiyyatın inkişafı üçün ümumi maraqlara xidmət edən nəhəng karbohidrogen resurslarından maksimal istifadə etməyə çalışır.

 

Mənbə:ANS PRESS

21 noyabr 2014
GO BACK