Qadin.NET / Smartfonun bu ziyanı ağlınıza gəlməzdi

Smartfonun bu ziyanı ağlınıza gəlməzdi

Smartfonu olanlar gün ərzində üst-üstə saatlarla başı aşağı vəziyyətdə mesaj yaza, e-mail oxuya, oyun oynaya, kitab oxuya, sosial mediada qala bilərlər.ANS PRESS-in məlumatına görə, bu, boyun fəqərələrini deformasiyaya uğrada, hətta cərrahi müdaxiləyə ehtiyac yaradacaq xəstəliyə gətirib çıxara bilər.
İnsan başının çəkisi 3-4 kiloqramdır. Yəni belimizi düz saxlayanda fəqərə sütunumuza məhz bu qədər ağırlıq düşür. Amma başımızı əyəndə fəqərə sütununun boyun hissəsinə düşən ağırlığı bir neçə dəfə artır.
Artıq sağlamlıqla bağlı bu cür problemlər, boyun ağrıları, həkimlərin dediyinə görə, son 7 ildə artmağa başlayıb. 
Nyu-Yorkdakı Onurğa Cərrahiyyəsi və Reabilitasiyası Mərkəzindən bildiriblər ki, başını əyib smartfon, tablet və başqa yeni cihazlarda iş görən insanların sayı milyonlarladır (məsələn, 18 yaşdan yuxarı amerikalıların yarısından çoxunun smartfonu var) və onların böyük hissəsi gənclərdir.
Amerika Fizioterapiya Assosiasiyasının prezidenti Tom DiAngelis isə bildirib ki, bu vəziyyətin barmağı geri əyib saatlarla saxlamaqdan fərqi yoxdur.
Yəni əgər hansısa əzələ uzun müddət dartılmış vəziyyətdə qalırsa, iltihab prosesi başlanır. Vaxt keçdikcə, hətta insanın beli də donqarlaşa bilər.
Həkimlər deyirlər ki, onlar yeni texnologiyaların əleyhinə deyillər, sadəcə, smartfon və başqa cihazlara çox aludə olan insanlar özlərini həmin cihazlardan başlarını əymədən istifadə etməyə alışdırmalıdırlar.

Mənbə: Milli.Az

21 noyabr 2014
GO BACK