Qadin.NET / Nazirlikdən bayram sovqatı

Nazirlikdən bayram sovqatı

 

Nazirlikdən bayram sovqatı

Təhsil Nazirliyi tərəfindən 9 noyabr – Dövlət Bayrağı Günü, 12 noyabr – Konstitusiya Günü və 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə Göygöl rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkün ailələrə bayram sovqatı paylanılıb. 
ANS PRESS-in Nazirliyə istinadla verdiyi məlumata görə, 1250 ailə üçün nəzərdə tutulmuş bayram sovqatı nazirliyin nümayəndələri tərəfindən Göygöl rayonunda müvəqqəti məskunlaşmış kəlbəcərli ailələrə paylanılıb.
Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib və işğal olunmuş torpaqlarımızın ölkə Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində tezliklə azad olunacağına ümidvar olduqlarını bildiriblər.

 

Mənbə: ANS PRESS

21 noyabr 2014
GO BACK