Qadin.NET / “Google”dan yenilik!

“Google”dan yenilik!

 

“Google”dan yenilik!

“Google” korporasiyası SMS və MMS mübadiləsi üçün mobil tətbiq istifadəyə verib.
ANS PRESS-in "ICTnews"a istinadən məlumatına görə, “Messenger” adlanan tətbiq bir, eyni zamanda bir neçə istifadəçiyə mesaj göndərməyə imkan verir.
Həmçinin audio, foto və video əlavə etmək imkanı nəzərdə tutulub.
Faylları qurğunun qalereyasından seçmək olar.
“Google” əlavə olaraq faydalı sazlamalar və çoxlu smaylik olacaına söz verib.
“Messenger” mobil tətbiqi yeni “Material Design” üslubunda tərtib olunub, “Android” əməliyyat sisteminin 4.1 və daha yuxarı versiyası quraşdırılmış qurğularda işləyir. Bu mobil tətbiqi artıq “Play Market” onlayn mağazasından ödənişsiz yükləmək olar.

 

Mənbə:ANS PRESS

21 noyabr 2014
GO BACK