Qadin.NET / Azərbaycanda internet üçün böyük təhlükə

Azərbaycanda internet üçün böyük təhlükə

Son zamanlar internetin Azərbaycan seqmenti üzərində bir sıra spam və zərərli faylların tranzaksiyasında aktivlik müşahidə olunur.Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) xəbərində deyilir.Müşahidə olunan aktivlik müxtəlif ölkələr üzərindən, müxtəlif ip ünvanlarla, o cümlədən müxtəlif "mail hosting" və "mail" istifadəçiləri tərəfindən ölkəmizdəki e-mail istifadəçilərinə "my new photo ;)" mövzusu ilə və "my_photo.zip", "iphone_photo.zip" , "photo.zip", "transact_store.zip" bu kimi digər əlavələrlə (attachment) viruslu məktublar göndərilir.Aktivliklə əlaqədar CERT bütün e-mail istifadəçilərini diqqətli olmağa çağırır və e-mail istifadəçilərini bu kimi "mail"ləri açmaması və dərhal silməsi üçün xəbərdarlıq edir.Bu kimi "mail"lərin alınması və əlavədəki faylların açılması sizin kompüterinizi və məlumatlarınızı, o cümlədən qurumunuzun, təşkilatınızın, şirkətinizin şəbəkəsindəki digər kompüter və ya hər hansı informasiya daşıyıcı və vasitələrini təhdid qarşısında qoyur.

Mənbə: Milli.Az

20 noyabr 2014
GO BACK