Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü Vahid Əhmədov “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səhiyyə işçilərinin maaşında 4,4 faiz artım nəzərdə tutulduğunu bildirib.
Mili.Az xəbər verir ki, deputat aktual.az-a açıqlamasında deyib ki, maaş artımına dair təklif Təhsil Nazirliyi tərəfindən də səsləndirilib:
"Artımla bağlı vəsait Səhiyyə Nazirliyində göstərilsə də, Təhsil Nazirliyində göstərilmir. Amma müəllimlərin maaşı ilə əlaqədar başqa metodlar da var. İndi müzakirələr gedir ki, onların da maaşı artırılsın".
Komitə üzvü onu da qeyd edib ki, bu təkliflərə Azərbaycan hökuməti 10 gün ərzində baxıb, qərar verəcək.
Mənbə: Milli.Az