Qadin.NET / WhatsApp-dan daha bir yenilik

WhatsApp-dan daha bir yenilik

Dünyada 600 milyon istifadəçisi olan WhatsApp smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi istifadəçilərinə təhlükəsizlik funksiyasını təqdim edəcək.ANS PRESS-in məlumatına görə, yeni funksiyası Android sistemində fəaliyyətə başlayacaq olan WhatsApp-da yazışmalar artıq şifrələnə biləcək.Yazışmalar, sadəcə, mesajı göndərənə və qəbul edənə şifrəsiz görünəcək. Bununla da heç bir şəkildə yazışmaların orijinal variantını tapmaq mümkün olmayacaq. WhatsApp-dakı bu yeni funksiya yazışmaların kompüterdən hakerlərin və təhlükəsizlik mərkəzlərinin əlinə keçməsinin qarşısı alınacaq.WhatsApp yazışmaların şifrələnməsi üçün "Open Whisper Systems" adlı təhlükəsizlik şirkəti ilə razılığa da gəlib. Şirkət WhatsApp-da yazışmaları yeni yaratdılan "TextSecure" adlı sistemlə qoruyacaq.WhatsApp-ın bu addımı cinayətkarların və radikal meylli quruplaşma üzvlərinin daha rahat tapılması üçün yazışmaların şifrələnməməsini istəyən kəşfiyyat və təhlükəsizlik quruluşlarının narazılığına səbəb olacağı gözlənilir.Onu da qeyd edək ki, dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook WhatsApp-ı fevral ayında təxminən 22 milyard dollara aldığını açıqlamışdı.

Mənbə: Milli.Az

20 noyabr 2014
GO BACK