Qadin.NET / Azərbaycan Ordusunun hərbçisi şəhid oldu

Azərbaycan Ordusunun hərbçisi şəhid oldu

Noyabrın 20-də, saat 12.45 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, düşmənlə atışmada Silahlı Qüvvələrimizin 1995-ci ildə Astara rayonunda anadan olan əsgəri Əzizov Rüstəm İzzət oğlu döyüş postunda şəhid olub.Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Mənbə: Milli.Az

20 noyabr 2014
GO BACK