Qadin.NET / Ümidini ipotekaya bağlayanlar, xoş xəbər var!

Ümidini ipotekaya bağlayanlar, xoş xəbər var!


Növbəti illər, o cümlədən 2015-ci ildə ipoteka kreditlərinin verilməsi üçün vəsaitlərin həcmini xeyli artırmaq planlaşdırılır.Trend-in məlumatına görə, bunu Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.Onun sözlərinə görə, son 20 ildə ölkədə əhalinin baza tələbatlarını - ərzaq təhlükəsizliyi, geyimə tələbat və mənzil məsələlərinin həlli - qarşılamaq üzrə böyük işlər görülüb.E.Rüstəmov qeyd edib ki, ilk iki məsələ üzrə ciddi işlər görülüb: "Mənzil məsələsinə gəlincə, bu istiqamətdə də böyük işlər aparılır, lakin Beynəlxalq Maliyyə Korporasiyasının qiymətləndirməsinə əsasən, Azərbaycanda ipotekaya ilkin tələbat 6 milyard dollardır və bu tələbatı qarşılamaq üçün ciddi maliyyə resursları lazımdır".AMB sədri vurğulayıb ki, Azərbaycan hökumətinin ciddi maliyyə resursları var və növbəti illər, o cümlədən 2015-ci ildə ipotekanın maliyyələşdirilməsinin həcmini xeyli artırmaq planlaşdırılır: "Azərbaycanda ipoteka kreditləşməsinin mexanizminə yenidən baxılması üzrə ardıcıl işlər görüləcək və "Tikinti-əmanət bankları haqqında" qanun layihəsi hazırlanacaq".

Mənbə: Milli.Az

20 noyabr 2014
GO BACK