Qadin.NET / Azərbaycanda dərmanların alınması qaydası dəyişdiriləcək

Azərbaycanda dərmanların alınması qaydası dəyişdiriləcək

 

 

Gələn ildən ölkədə dərman preparatları və sarğı materiallarının alınması mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.
Trend-in məlumatına görə, bunu millət vəkili Əhliman Əmiraslanov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu qayda keyfiyyətli dərman preparatlarının artımına səbəb olacaq: “Çox təqdirəlayiq haldır ki, xəstəxanalarda dərman və sarğı vasitələri büdcədən ayrılan vəsaitlə alınacaq”.
Ə.Əmiraslanov qeyd edib ki, ölkədə adambaşına düşən səhiyyə xərcləri aşağıdır: “Biz bunu dövlətdən gözləməməliyik. Məncə, “İcbari tibbi sığorta” ilə bağlı mühüm addımlar atılıb və yaxında bu, tətbiq olunacaq. O zaman biz adambaşına düşən səhiyyə xərclərini artıra biləcəyik”.

Mənbə: Milli.Az

20 noyabr 2014
GO BACK