Qadin.NET / Ağsu aşırımında təhlükə

Ağsu aşırımında təhlükə

 

 

İntensiv yağışlar Ağsu aşrımında uşqunlara səbəb olub
Milli.Az Kanal S-ə istinadən bildirir ki, Ağsu-Şamaxı yolunda mövcud olan 7 sürüşmə zolağı aktivləşib.
Vəziyyətlə bağlı əlaqədar qurumlar hərəkətə keçib. 3 gündür ki, əraziyə yağan intensiv yağışlar torpaq sürüşməsinin aktivləşməsinə səbəb olub. Əsasən yolun 144, 146, 148, 149, 151 və 154-cü km-lərində sürüşmələr daha aktiv şəkildə özünü göstərir. 
Adı çəkilən ərazidə bərpa işlərinə start verilib. Uçqun baş verdiyi yolda müəyyən işlər aparılmasına baxmayraq uçqun vuran ərazi gündən-günə çoxalmaqdadır. Sürüşməyə meylli olan ərazilərdə artıq dağıntılar qeydə alınıb. Sürüşmələrin miqyası hər ötən gün böyüyür. Ən böyük uçqun 148-ci km-də qeydə alnıb. Yüksəklikdən qopub gələn qaya parçaları avtomabillərin hərəkət etdiyi yola tökülüb. 
Çəkiliş zamanı görüntünü lentə alan operatorumuz çətin anlar yaşayıb. Ağsudan Şamaxı istiqamətində bəzi yolların kənarına böyük dayaq hasarları qoyulub. Magistral yolda hərəkət daha da təhlükəli olmağa başlayıb. Sürüşmələr bu cür davam edərsə, magstiral yol bağlana bilər. Sürüşmənin məruz qaldığı ərazi 12 saylı Ağsu yol istismar idarəsi tərəfindən nəzarətə götürülüb. Uçqun vurmuş ərazi qırmızı lentlə əhatəyə alınıb. Uçqunla əlaqədar sürücülər yaxınlıqda yeni inşa olunmuş alternativ yoldan istfadə edirlər.

Mənbə: Milli.Az

20 noyabr 2014
GO BACK