Qadin.NET / Bakıda inanılmaz ucuzlaşma

Bakıda inanılmaz ucuzlaşma

Gələn ildən daşınmaz əmlakın kəskin ucuzlaşacağı barədə iqtisadçıların verdiyi ehtimalları əmlak üzrə mütəxəssislər də təsdiqləyirlər.Mövzu ilə bağlı ekspert Nüsrət İbrahimov ANS PRESS-ə bildirib ki, Rusiyada yaşayan vətəndaşlar üçün manatın rubla nisbətən məzənnəsində 35%-dək artması daşınmaz əmlakı əlçatmaz edir. Onların bu bazara investesiya yatırmaları, demək olar ki, məhdudlaşır.Həmçinin digər tərəfdən neft birjalarında qiymətlərin aşağı düşməsi daxili bazarda bu daşınmaz əmlak bazarında da ona yatırılan pul kütləsinin azalmasına gətirib çıxarır.O qeyd edib ki, bu faktorlar onu göstərir ki, bu vəziyyət davam edərsə, gələn il daşınmaz əmlakın qiymətlərinin düşməsi mümkündür.Qeyd edək ki, Rusiyaya qarşı Qərbin sanksiyalarının başlamasından sonra rus rublu 40%-dək ucuzlaşıb və 1 dollar hazırda 46 rubla bərabərdir.

Mənbə: Milli.Az

20 noyabr 2014
GO BACK