Qadin.NET / Ət kəskin bahalaşacaq?

Ət kəskin bahalaşacaq?

 

 

Rusiyanın kənd təsərrüfatı malları istehlakına nəzarət edən qurum (Rosselxoznadzor) 2014-cü ilin sonuna kimi Azərbaycandan bu ölkəyə quş əti, balıq və süd məhsullarının ixracına icazə verə bilər. 
Anspress-in məlumatına görə, bu barədə “Rosselxoznadzor”un rəhbərinin köməkçisi Aleksey Alekseyenko bildirib. 
“Rosselxoznadzor” 2015-ci ilin birinci rübündə Azərbaycanın quş əti, balıq və süd məhsulları müəssisələrinin informasiya yoxlamasını keçirməyi planlaşdırırdı. Amma Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin dəfələrlə etdiyi xahiş nəzərə alınaraq yoxlamalar dekabr ayının əvvəlinə keçirilib.
"Əgər yoxlamalar zamanı problem aşkarlanmazsa, Azərbaycandan məhsul idxalı ilin sonuna baş tutacaq", - deyə Alekseyenko bildirib. 

Mənbə: Milli.Az

20 noyabr 2014
GO BACK