Qadin.NET / Tələbələrə əla xəbər!

Tələbələrə əla xəbər!

 

 

"Tələbələrə kreditlərin verilməsi ləğv olunmalıdır". Trend-in məlumatına görə, bunu Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel MəhərrəmovMilli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
A.Məhərrəmov bildirib ki, ölkədə 1800 elmi işçi var ki, onların 1200-ü ali məktəblərdə çalışır: “Belə halda elmin inkişafı vəsait tələb edir”.
Millət vəkili bir neçə təkliflə çıxış edərək deyib ki, elmi dərəcələrə görə əməkhaqları artırılmalıdır: “Elm haqqında" qanun təcili qəbul olunmalıdır. Tələbələrə kreditlərin verilməsi ləğv edilməli, magistraturaya qəbul olan tələbələrə həqiqi hərbi xidmətdən möhlət hüququ verilməlidir”.
Rektor qeyd edib ki, təhsil sahəsində himayədarlar şurası yaradılmalıdır. Onun sözlərinə görə, bəzi xarici dövlətlərdə belə bir təcrübə var: “Bunlar sahibkarları cəlb edirlər ki, universitetlərə kömək etsinlər”.

Mənbə: Milli.Az

20 noyabr 2014
GO BACK