Qadin.NET / AbŞ-da soyuqdan ölənlərin sayi artır

AbŞ-da soyuqdan ölənlərin sayi artır

ABŞ-da yaşanan anomal soyuqlardan və qar yağıntısından ən azı 8 nəfər həlak olub. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda Nyu-York və Miçiqan ştatlarının fövqəladə xidmətləri gücləndirilmiş iş rejimində çalışırlar.Bəzi ərazilərdə yağıntının miqdarı bir metrdən yuxarıdır. Yüzlərlə avtomobil qarın əsirinə çevrilib. Yollarda kilometrlərlə tıxac formalaşıb. Yüzlərlə sürücü xilasedicilər gələnə qədər 10 saatdan çox yollarda qalıb. Meteoroloqlar deyirlər ki, son 40 ildə ən soyuq hava müşahidə olunur. Yaxın günlərdə hava daha da pisləşəcək. 

Mənbə: Milli.Az

20 noyabr 2014
GO BACK