Trend İspaniyanın EFE agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim SəmədovBarselonada EİBTM beynəlxalq turizm sərgisində deyib.Nazir müavini bildirib: "Hazırda Madridlə Bakı arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsi üzrə danışıqlar yekunlaşma mərhələsindədir".Onun sözlərinə görə, hava reysinin açılması gələcəkdə turst axınının artmasına və iki ölkə arasında biznesin stimullaşdırılmasına təkan verəcək.N.Səmədov qeyd edib ki, çoxsaylı ispan turistlərin cəlb edilməsində başlıca əngəl İspaniyada Azərbaycanın əhəmiyyətli dərəcədə tanınmamasıdır.Nazir müavini bildirib ki, bu istiqamətdə Bakının kommersiya fəaliyyətinin artırılması lazımdır.
Mənbə: Milli.Az