Qadin.NET / Azərbaycanlılar xaricdə nəyə pul xərcləyirlər?

Azərbaycanlılar xaricdə nəyə pul xərcləyirlər?

 

Azərbaycan vətəndaşları hər il xaricdə 3 milyard dollara yaxın pul xərcləyirlər

Xaricə səyahət hər zaman yeni təəssüratlar, tanışlıqlar, daima yadda qalan emosiyalardır. Ancaq turistlərin bəziləri yalnız şoppinq məqsədi ilə xaricə gedirlər. Hətta turizm şirkətlərinin xidmətlər siyahısında "Şoppinq turlar" da yer alıb. 
İlk baxışdan düşünmək olar ki, Bakıda almaq mümkün olan şeyləri xaricdə almaq nəyə lazım? Ancaq hər şey göründüyü qədər sadə deyil. Adətən təchizatlçıar Avropada vitrinlərdən götürülmüş ötənilki, hətta inişilki məhsulları gətirərək yeni kolleksiya adı ilə satırlar. Bu səbəbdən də moda həvəskarları öz qarderoblarını xaricdə doldurmağı seçirlər. Bundan əlavə, bura gətirilən köhnə məhsullar xaricdəkindən qat-qat baha qiymətlərə satılır. Həm də bizim butiklərdə təmiz İtaliya istehsalı olan paltar aldığınıza əmin ola bilmirsiniz. Bakının lüks butiklərində adətən Çindən və ya başqa uzaq şərq ölkələrində istehsal olunan və üzərinə İtaliya etiketi vurulan malları alırlar. Avropada isə məhsulların keyfiyyətinə tələbat tamam fərqlidir. Bu da alınan məhsulların keyfiyyətinə zəmanət verir. 
Milli.Az-ın məlumatına görə, Davamlı İnkişaf İctimai Birliyinin sədri Nəriman Ağayev Echo.az-a deyir ki, xaricə gedən hər bir vətəndaşımız orta hesabla 1500-2000 manat xərcləyir. 
"Son illər xaricə səfər edən vətəndaşlarımızın sayı artıdığına görə xərclənən vəsaitlər də artıb. Belə tendensiya çoxdan başlamayıb. Misal üçün, 2008-ci ildə böhran ucbatından xaricə gedən vətəndaşların sayı az idi. 2010-cu ildə isə vəziyyət dəyişdi. Vətəndaşlarımız xaricdə əsas vəsaiti alış-verişə xərcləyirlər", - o əlavə edib. 

Mənbə: Milli.Az

 

21 noyabr 2014
GO BACK