Android platforması ilə çalışan telefonlar üçün WhatsApp proqramında yenilik edilib. İndi mesajlar ən yüksək səviyyədə kənar müdaxilələrdən, hətta hüquq-mühafizə orqanlarından qorunacaq.Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Android proqramında çalışan messencer şifrələmə dəstəyi alıb. Bu isə o deməkdir ki, heç kim mesajların şifrəsini açıb oxuya bilməz. Əgər şifrələnmiş yazışmaq istəyirlərsə, həmsöhbətlər əvvəlcədən yalnız özlərinə məxsus şifrə alacaqlar. Bu konfiqurasiyanın nə vaxt tətbiq olunacağı, hələ ki, bəlli deyil.
Mənbə: Milli.Az