Qadin.NET / Bakının girişində yeni yolötürücülər tikiləcək

Bakının girişində yeni yolötürücülər tikiləcək

 

Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9 km hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində 9-cu km-də yerləşən mövcud yolötürücüləri sökülərək yerində müasir tipli yolötürücülərin inşasına başlanılıb.
Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən məlumat verilib.
Məlumata görə, sovet döründə inşa olunan yolötürücülərdən fərqli olaraq yeni tikilən müasir yolötürücüləri 4 aşırımdan ibarət olacaq ki, bununla da sonuncu aşırımın alt hissəsindən əks tərəfə keçid məqsədilə yeni hissə salınacaq. Uzunluğu 110 m nəzərdə tutulan yolötürücülərin birinin eni 13,5 m, digərinin isə 15,5 m olacaq.
Şəhərə giriş hissədə yerləşən yolötürücüsünün 1 dayağı artıq hazırdır, 2-ci və 3-cü dayaqların isə təməli betonlanıb. Hazırda dirəklər montaj olunur.
Şəhərdən çıxış üçün nəzərdə tutulan yolötürücüsündə dayağın armaturu yığılır. İşlərin 2015-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Mənbə: Milli.Az

 

19 noyabr 2014
GO BACK