7 yaşlı avstraliyalı qız delfinlərin "ulu əcdad"ının qalıqlarını aşkarlayıb. Bu məxluq 100 milyon il əvvəl, dinozavrlar dövründə Avstraliyanın daxili dənizində yaşayırdı.Milli.Az The Heralt Sun-a istinadən bildirir ki, 7 yaşlı Ember Uilsonvalideynləri ilə birlikdə Avstraliyanın Kuinslend ştatında istirahətdə idi. Ember talada oynayarkən sümük qalıqlarını aşkarlayıb. Həmin sümüklər uzunluğu 7 metrə çatan və dinozavrlar dövründə yaşamış ixtiozavrın qalıqları idi.
Olay Riçmond şəhərindəki Paleontologiya Muzeyinin yanında baş verib.Emberin dediyinə görə, əvvəlcə beysbol topu boyda sümük tapıb.
"Bu kürəni atama göstərdim. Atamla anam da mənə qoşuldular və qumu qazmağa başladıq. Az sonra uzunluğu 6 sm-ə çatan dişləri olan quru kəllə tapdıq. Kəllənin uzunluğu 1,5 metr idi", - Ember Uilson deyib.Riçmond Paleontologiya Muzeyinin eksperti, doktor Timoti Holland heyrətini gizlədə bilmir: "Çox təəccüblənmişəm. Peşəkar paleontoloq bütün karyerası boyunca belə yaxşı vəziyyətdə olan qalıqları aşkarlaya bilmir. Ember isə cəmi 2 saata bu qalıqları üzə çıxarıb".
Mənbə: Milli.Az