Ən böyük yoluxma riskinə məruz qalmış ölkələrin iyirmiliyinə, həmçinin Tacikistan, Qırğızıstan, Monqolustan, Qətər, Özbəkistan, Gürcüstan, Türkiyə, BƏƏ, İndoneziya və Almaniya daxildir.İnternet istifadəçilərinin riskə daha az meylli olduqları ən təhlükəsiz ölkələr sırasına daxildir: Sinqapur (10,5 faiz), İsveç (12,4 faiz), Danimarka (13.2 faiz), Yaponiya (13,3 faiz), CAR (16,0 faiz), Finlandiya (16,1 faiz) və Niderland (16,6 faiz).Dünyanın müxtəlif ölkələrində istifadəçilərin kompüterlərinin internet vasitəsilə məruz qaldığı virusa yoluxma riskinin dərəcəsini qiymətləndirmək üçün şirkət bir rüb ərzində hər bir ölkədə istifadəçinin veb-antivirusunun neçə dəfə işə düşdüyünü hesablayıb.2014-cü ilin III rübündə "Kasperski laboratoriyası" dünyanın müxtəlif ölkələrinə yerləşdirilmiş internet resurslardan həyata keçirilən 367 mindən çox hücumu dəf edib.Göstərilən dövr ərzində antivirus həlləri istifadəçilərin kompüterində təqribən 1,3 milyard virus hücumu aşkarlayıb. İstifadəçilərin kompüter və mobil qurğularında bloka alınmış zərərli hücumların sayı 26,6 milyonu ötüb.
Mənbə: Milli.Az