ABŞ-ın Nyu-York ştatında çox güclü qar çovğunları və tufanlar davam edir. Donvurmadan artıq 4 nəfərin öldüyü bildirilir.
Milli.Az ABC-yə istinadən bildirir ki, yerli kommunal xidmətlər qar altında qalmış yolları təmizləməyə çətinlik çəkirlər. Ştatda yolların təxminən 200 kilometrlik hissəsi qapanıb.Xilasetmə və qartəmizləmə işlərinə Milli Qvardiya cəlb olunub.
CNN-in məlumata görə, Nyu-York ştatının tarixində belə güclü qar yağmamışdı. Yüzlərlə evin damı qar qatlarına dözməyərək dağılır. Giriş qapılarını qar basdığından minlərlə insan evdən-eşiyə çıxa bilmir.Nyu-York ştatının 13 dairəsində fövqəladə fəziyyət elan olunub.
Əksər yerlərdə qar örtüyünün qalınlığı 1,3 metrə çatıb.Buffalo şəhərinin meri Bayron Braunun dediyinə görə, vəziyyət çox ciddidir.Miçiqan ştatında isə son sutka ərzində yağan qarın miqdarı 20 illik maksimumu keçib.Ohayo ştatında çovğunlar və tufanlar nəticəsində bütün dükanlar, məktəblər və dövlət qurumları bağlanıb. Eyni vəziyyət Aydaho ştatında da müşahidə olunur.ABŞ-ın bir çox ştatlarında havanın temperaturu -20 dərəcəyə enib.
Mənbə: Milli.Az