Qadin.NET / Britaniyanın yeni kralı bəlli oldu

Britaniyanın yeni kralı bəlli oldu

Britaniya taxt-tacının hazırkı sahibi II Yelizaveta hakimiyyəti böyük nəvəsi olan şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltona vermək niyyətindədir. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Amerikada nəşr olunan "Woman’s Day Magazine" jurnalı məlumat yayıb. Məlumata əsasən, II Yelizaveta artıq işlərdən kənarlaşaraq dincəlmək niyyətindədir. Milad bayramında xalqa ənənəvi müraciəti zamanı qərarını elan edəcək. Jurnal, həmçinin bildirir ki, 88 yaşlı monarxın taxt-tacdan getmə qərarına bu yaxınlarda Londonda keçirilən Yaddaş Günü zamanı ona qarşı planlaşdırılan terror hücumu da təkan verib. Qeyd edək ki, Yaddaş Günü tədbirləri zamanı kraliça Yelizavetaya qarşı hücum planlaşdırılırdı. 

Mənbə: Milli.Az

19 noyabr 2014
GO BACK