Rusiyanın Yekaterinburq şəhərinin yaxınlığında qəribə, eyni zamanda qorxulu olay yaşanıb.Gecənin bir aləmində şəhər kənarındakı yollardan birində atasının avtomobilində olan məktəbli Anton Qlavatskix qəribə görüntünün videosunu çəkib.Milli.Az Siberian Times-a istinadən bildirir ki, göy üzü qəflətən işıqlanmağa başlayıb. Sanki çox böyük partlayış baş vermişdi. Az sonra ətraf gündüz təki işıqlı olub.Yerli sakinlər qorxu içindədirlər. Onların dediklərinə görə, gecə saatlarındakı qəfil işıqlanma uçan naməlum obyekt (UNO), meteorit və ya yerli zavodlardan birindəki partlayışın nəticəsi ola bilər.Rusiya Elmlər Akademiyasının meteoritlər üzrə komitəsinin üzvü, fizik Viktor Qroxovskinin dediyinə görə, gecə saatlarındakı işıqlanma iri bolidin izləri ola bilər.
Mənbə: Milli.Az