Bakı hər sabahı kimi bu gününü də yolunun bağlanması ilə açıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Milli.Az-a daxil olan məlumata görə, 20 Yanvar dairəsində aparılan təmir işləri ilə əlaqədar olaraq dairəyə giriş müvəqqəti bağlanıb. Milli.Az bildirir ki, paytaxtın mərkəzi və avtomobillərin intensiv hərəkət etdiyi yollarda təmir və xətlərin çəkilməsi işinin günün qaynar vaxtlarında aparılması ilk dəfə deyil. Bu işlər artıq adət halını alıb. Lakin aidiyyəti qurumlar bu əməlinə hər dəfə haqq qazandırır, əziyyəti çəkən isə insanlardır.
Mənbə: Milli.Az