Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun director müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində çiskinli az yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 11-14 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin müşahidə ediləcək. Şimal və şərq rayonlarında isə havanın yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Mənbə: Milli.Az