ATƏT-in İrəvan bürosu rəhbərinin müavini Uilyam Xenlon Ermənistanın "İrs" Partiyasının aclıq elan edən üzvü David Sanasaryan ilə görüşüb. ANS PRESS-in məlumatına görə, siyasi partiyanın nümayəndəsi noyabrın 12-də Qarabağda vertolyotun vurulmasına etiraz əlaməti olaraq bu gün aclığa başlayıb. O, etiraz aksiyasını ATƏT-in İrəvan bürosu ofisinin qarşısında keçirməyə qərar verib.
U.Xenlon görüşdə D.Sanasaryanın şikayətini dinləyib və bildirib ki, ATƏT-in İrəvan bürosu mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə məşğul olmur: "Bununla ATƏT-in başqa strukturu məşğul olur. Biz əlimizdən gələni edəcəyik ki, sizin şikayətinizi ATƏT-in uyğun olan strukturlarına çatdıraq." Xatırladaq ki, D.Sanasaryan Facebook səhifəsində Azərbaycan tətəfindən Qarabağ ərazisində vurulan vertolyotun və ekipajının taleyinə biganə yanaşmasına görə ATƏT-i sərt tənqid edib və aclığa başladığını bildirib.
Mənbə: ANS PRESS