Qadin.NET / "Avtoş"lara bəd xəbər

"Avtoş"lara bəd xəbər

 

"Avtoş"lara bəd xəbər

Avtoxuliqanlıq edən sürücülər qarşı tədbirlər davam etdirilir. ANS TV-nin məlumatına görə, gecənin sükutunu pozmaq bir yana, hələ bu azmış kimi digər sürücülərin hərəkəti üçün təhlükə yaradan avtoxuliqanlara qarşı nə qədər tədbirlər görülsə də nəticə hələ də ürəkaçan deyil. Hətta avtoxuliqanların göstərdikləri "şou" bəzən başqalarının həyatını yarıda qoyur. Belə hadisələrdən biri Nərimanov rayonunda qeydə alınıb. Avtoxuliqan xidməti vəzifəsini yerinə yetirən Dövlət Yol Polis əməkdaşını avtomobillə vurub. "VAZ 2107" markalı avtomobil Ağa Neymətulla küçəsindən Yusif Vəzir Çəmənzəminli küçəsinə dönəndə başqa bir avtomobilə çırpılıb. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən bildirdilər ki, əgər sürücü bir dəfə avtoxuliqanlıq edirsə o zaman 750 manat cərimə olunur. Bu ikinci dəfə təkrarlanarsa sürücülərə qarşı cərimələr birazda sərtləşdirilir. Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov avtoxuliqanlıq edən sürücüyə cərimədən əlavə həbs cəzasınında verilə biləcəyini deyir. Avtoekspert Azər Allahverənovun fikrincə, avtoxuliqanlara qarşı reydlər aparılmalıdır. Onun sözlərinə görə, nə qədər tez-tez reydlər aparılarsa o zaman belə sürücülər də tez aşkar olunub ortaya çıxar. 
Əslində bu fikirdə həqiqət var. Çünki bir müddət əvvələ qədər avtoxuliqanlar Füzuli meydanını da məskən seçmişdilər. Mütəmadi aparılmış reydlərin müsbət nəticəsidir ki, beşmərtəbə adlanan həmin ərazi demək olar ki, öz sakitliyinə qovuşub.

 

Mənbə: ANS PRESS

17 noyabr 2014
GO BACK