Brüsseldə bu gün Avropa İttifaqı ilə Gürcüstan arasında Assosiativ Şuranın ilk iclası keçirilir.
ANS PRESS Gürcüstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda gürcü nümayəndə heyətinə baş nazir İrakli Qaribaşvili başçılıq edir. Nümayəndə heyətinin tərkibinə ədliyyə naziri Tea Sulukiani, iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Kvirikaşvili, xarici işlər naziri Tamar Beruçaşvili, müdafiə naziri Mindiya Canelidze, Avropa və Avroatlantik strukturlara inteqrasiyalar məsələləri üzrə dövlət naziri David Bakradze, barışıq və vətəndaş hüquq bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili və hökumət administrasiyasının rəis müavini Nino Kobaxidze daxildir.
Birinci iclasda gündəliyə nəzərdə tutulmuş islahatların keçirilməsi mexanizmlərinə, həmçinin gələcək planların müzakirəsi salınıb. İclasa Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini rəhbərlik edir. Brüsselə səfər çərçivəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili NATO baş katibi Yens Stoltenberq, Avropa Parlamentinin prezidenti Martin Şults, Avropa Komissiyasının qonşuluq siaysəti və ticarət üzrə nümayəndələri YРѕhannes Хан və Sesiley Malmstrem ilə görüşəcək.
Mənbə: ANS PRESS