Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumu (MQF) 648 QHT adından Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmuş erməni helikopteri ilə əlaqədar bəyanat yayıb. ANS PRESS-in xəbərinə görə, Milli QHT Forumunun bəyanatda bildirilir ki, Azərbaycan Dövləti və Azərbaycan ictimayyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün beynalxalq normaları üstün tutaraq analoqu olmayan səbr və tolerantlıq nümaiş etdirməklə bu konfliktin beynalxalq hüquq normaları çərşəvəsində öz həllini tampası üçün artıq 20 ildən artıq bir mütdətir ki gözləmə mövqeyindədir. Bəyanatda deyilir: "Lakin əfsuslar olsun ki, hər dəfə bu münaqişənin həlli istiqamətində beynəlxalq birlik tərəfindən hər hansı bir ciddi səy göstəriləndə Ermənistan separatçı silahlı qüvvələri Azərbaycanın suveren ərazilərində ordu təlimlərinə başlayır və buna əyani subut olaraq 6 noyabr 2014-cü ildən 40 minlik ordu ilə bir neçə gün ərzində davamlı olaraq məqsədli şəkildə təxribatçı uçuşlar həyata keçirir. Azərbaycan Respublikası müstəqil bir dövlətdir və Azərbaycanın ərazi bütövlüyü bütün dövlətlər tərəfindən tanınıb. Azərbaycan ərazilərinə işxal məqsədi ilə hər hansı bir hücumun qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən tam qətiyətlə alınacaq. İşxal olunmuş ərazidə - yəni Ağdam rayonunun Kəngərli ərazisində Azərbaycanın hava səhərədlərini pozan Ermənistan separatçı silahlı güvvələrinə məxsus olan helikopterin məhf edilməsi hərb qanunlarına tam uyğundur. Azərbaycan Dövləti dəfələrlə bütün dünyaya bəyan etmişdir ki, əqər Erməni separatçı rejimi öz işxalçı siyasətindən əl çəkməsə Azərbaycanın Silahlı Qüvvələri Ermənistan tərəfindən işxal olunmuş torpağlarını hərbi yolla azad etmək hüququna malikdir. Yaranmış vəziyyətlə bağlı Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumu bir daha dünya ictimaiyyətinin diqqətinə çatırır ki, Ermənistan-Azərbaycan Daglıq Qarabağ konfliktinin həll olunması sahəsində ATƏT-in Minsk qrupunun 20 ildən çox fəaliyyətinə baxmayaraq, demək olar ki, bu günə qədər konfliktin həlli istiqamətində heç bir nəticə yoxdur. Regionda bu konfliktin hələ də həll olunmaması artıq real təhlükə mənbəyinə çevirilibdir və bu konfliktin uzun illər regionda sülhə və sabitliyə mane olan, minlərlə insanın məhvinə, daimi yaşayış yerlərinin itirilməsinə, terrorizmə, narkotiklərin yayılmasına və radikal separatçılığa səbəb olmuş işğalçı Ermənistana və Dağlıq Qarabağın separatçı rejiminə kömək kimi Azərbaycan ictimayyəti tərəfindən qiymətləndirilir. Ermənistanın qeyri konstruktiv və təxribatçı mövqeyi , bütövlükdə ədalətli və uzunmüddətli sülhün bərpasını təhlükə altına alır. Təəssüf hissi ilə bildiririk ki, həmişə demokratiyanın və insan hüquqlarının müdafiəçisi kimi çıxış edən beynalxalq təşkilatlar və bəzi dövlətlərin rəhbərləri dünya ictimayyətinin eyni zamanda Azərbaycan vətəndaşlarının gözündə ikili standartlarla, etnik lobbilərin təsiri altında fəaliyyət göstərən dövlətlər imici qazandırır. Bir daha bəyən edirik ki, Azərbaycan dövlətinin və beynəlxalq nəzarətin olmadığı konflikt zonası olan Azərbaycan torpağı Dağlıq Qarabağda bu kimi təxribatları hərbi məqsədlərlə, təcavüzün genişləndirilməsinə və yeni terrorçuluq aktlarının törədilməsinə yönəldilməyəcəyinə heç bir zəmanət yoxdur.
Biz, vətəndaş cəmiyyəti təmsilçiləri olaraq bu bəyanatı bütün dünya xalqlarının diqqətinə bir daha çatdırmaqla, inanırıq ki, dünya dövlətləri və Minsk Qrupunun həmsədri olan dövlətlərin rəhbərləri nahayət qanunsuz Erməni separatçı rejiminin Azərbaycan dövlətinə qarşı apardığı işğalçılıq siyasətinin qarşısını alınmasında çitdi atdımlar atacaq, Azərbacan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında öz səylərini artıracaqlar və bu konfliktin beynalxalq hüquq normaları çərçəvəsində həll olunmasına nail olacaqlar."
Mənbə: ANS PRESS