Qadin.NET / 5 yaşlı uşağı olanlara xoş xəbər

5 yaşlı uşağı olanlara xoş xəbər

 

5 yaşlı uşağı olanlara xoş xəbər

Dərs ilinin ikinci yarısından etibarən əlavə məktəbəqədər hazırlıq qrupları açılacaq. ANS PRESS-in məlumatına görə, bu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 illik fəaliyyətinə dair hesabatda əksini tapıb. Tahsil nazirinin əmrinə əsasən açılan qruplarda dərs mayın 25-dək davam edəcək. Əlavə qruplar müəyyən səbəblərdən hazırlıq qrupuna vaxtında başlaya bilməyən uşaqlar üçün valideynlərin müraciətlərinə əsasən açıla bilər. Qruplar təşkil olunduğu halda, yanvar ayının 10-dan başlayaraq iyun ayının sonunadək davam edəcək. Həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir. 2015-ci il dekabr ayının 31-dək 6 yaşı tamam olan uşaqların təhsil ala biləcəyi məktəbəqədər hazırlıq qrupları ödənişli əsaslarla aparılır. Sonda hazırlıq qrupunu bitirən uşağa rəsmi sənəd – arayış veriləcək. Qeyd edək ki, hazırlıq qrupları 89 məktəbdə fəaliyyət göstərir. 74 məktəbdə 139 qrup üzrə 1925 uşağın hazırlığı ilə 139 müəllim məşğul olur. Qalan 15 məktəbdə isə hazırlıq prosesi özəl quruma həvalə edilib. 
 

 

 

Mənbə: ANS PRESS 

17 noyabr 2014
GO BACK