Qadin.NET / 2-3 gün də donacağıq

2-3 gün də donacağıq

 

2-3 gün də donacağıq

Yaxın 2-3 gün ərzində paytaxt binalarının istiliklə tam təminatının tamamlanması gözlənilir. Bunu ANS PRESS-ə açıqlamasında “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin müştəri və abonent xidmətlərinin rəisi Rafiq Əliyev bildirib. Onun sözlərinə görə, bir çox iri rayon qazanxanalarının dövriyəsində 4 min kuba yaxın su var. “Bu suyun hamısını da bir günün içində qızdırıb dövriyyəyə buraxmaq mümkün deyil. Eyni zamanda, istilik xətlərindəki havanın çıxarılmasına da 2-3 gün lazım olur”. “Bundan başqa, bəzi yerlərdə istiliyin tam təmin edilməsi üçün qazla bağlı problemlər var. Biz bununla bağlı “Azəriqaz”a müraciət etmişik ki, qazın təzyiqini artırsınlar. Yaxın 2-3 gün ərzində istiliyin təmin olunması ilə bağlı bütün işlərin tamamlanması, istiliyin tam verilməsi gözlənilir”, - deyə Rafiq Əliyev bildirib.

 

 

Mənbə: ANS PRESS 

17 noyabr 2014
GO BACK