Qadin.NET / Yeni helikopter açıqlaması

Yeni helikopter açıqlaması

 

Yeni helikopter açıqlaması

"Cəbhədəki son insident bir daha sübüt etdi ki, Qarabağ münaqişə mümkün qədər tez həll olunmalıdır". Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan hərbi helikopterin vurulması ilə bağlı açıqlamasında deyib. Səfirin sözlərinə görə, hadisələrin necə cərəyan etməsi ilə yanaşı, problemin ozünün niyə hələ də davam etməsi məsələsi araşdırılmalıdır.
“Hadisələrin necə cərəyan etdiyinə və sair baxıla bilər, amma əsas odur ki, Azərbaycan torpaqları niyə hələ də işğal altındadır? Türkiyənin hər zaman Azərbaycanın yanında olacağı aşkardır”.
Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

 Mənbə: ANS PRESS 

20 noyabr 2014
GO BACK