Qadin.NET / 150 min quş məhv edilir

150 min quş məhv edilir

 

150 min quş məhv edilir

Avropa komissiyası Niderlanda quş qripinin yayılmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə hazırdır.
AzərTAc Eeuronews telekanalına istinadla xəbər verir ki, bu tədbirlərə əsasən xəstəliyin qeydə alındığı bölgələrdən Avropa İttifaqı daxilinə və üçüncü ölkələrə quş ixracına qoyulan qadağalar daxildir.
Niderlandın özündə isə hökumət canlı quşların daşınmasına, onların ətindən və yumurtasından istifadəyə üç sutkalıq ümummilli qadağa qoyub, həmçinin xəstəliyin aşkar edildiyi fermada 150 min quşun məhv edilməsi göstərişini verib.
Qeyd edək ki, Amsterdamın cənubundakı fermaların birində insan üçün təhlükəli quş qripi ştammı müəyyən olunduqdan sonra bütün işçilər karantinə yerləşdirilib. Əhali isə müəssisənin bir kilometrliyindən yaxına buraxılmır.
Mənbə: ANS PRESS 

 

17 noyabr 2014
GO BACK