Qadin.NET / Sabahın hava proqnozu

Sabahın hava proqnozu

 

Sabahın hava proqnozu

Noyabrın 18-i ölkə ərazisində çiskinli, dumanlı hava olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Şimal küləyi əsəcək. Temperatur gecə 7-10 dərəcə, gündüz 11-13 dərəcə isti olacağı ehtimal olunur.
Noyabrın 18-i rayonlarda gecə və səhər saatlarında bəzi yerlərdə duman, çiskin olacaq. Əsasən şimal və şərq rayonlarında yağıntı olacağı ehtimal olunur. Şərq küləyi əsəcək.
Aran rayonlarında temperatur gecə 3-8 dərəcə, gündüz 11-16 dərəcə isti, dağlıq rayonlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

 

Mənbə: ANS PRESS 

17 noyabr 2014
GO BACK