Qadin.NET / Bakıdakı qadın həbsxanası sifarişlə işləyəcək

Bakıdakı qadın həbsxanası sifarişlə işləyəcək

 

 

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mövcud imkanlar hesabına istehsal edilən məhsullarının çeşidinin artırılmasına da səy göstərilir.Bu sahədə növbəti addım istehsalat sahəsi formalaşmaqda olan 11 saylı cəzaçəkmə müəssisəsində atılıb. Belə ki, burada xalça toxunuşunda istifadə olunan, xüsusi tələblərə cavab verən xanaların istehsalına başlanılıb.Xanalardan 4 saylı cəzaçəkmə müəssisəsində mövcud olan xalça sexində istifadə olunması və eləcə də müvafiq istehsalla məşğul olan digər müəssisələrdən sifarişlər qəbul edilməsi nəzərdə tutulub.Qeyd edək ki, 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar saxlanılır.

Mənbə: Milli.Az

17 noyabr 2014
GO BACK