Facebook şirkəti işgüzar əlaqələr üçün yeni sayt hazırlayır. Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Financial Times məlumat yayıb. Qəzetin məlumatına görə, "İşgüzar Facebook" layihəsinin hazırlığı artıq sona çatmaq üzrədir. Əsas auditoriyası isə ofis əməkdaşlarıdır. Yeni sosial şəbəkə Linkedİn və Google Docs kimi saytlara rəqib olacaq. "İstifadəçilər işgüzar sənədləri müzakirə edəcək, ünsiyyət quracaq, vacib kontaktları yadda saxlayacaqlar. Yeni sosial şəbəkə hazırkı Facebook-a bənzəyəcək: burada xəbər lenti və kontakt qrupları olacaq.
Mənbə: Milli.Az