Qadin.NET / "Google Maps"dən Azərbaycana qarşı yeni tərbiyəsizlik

"Google Maps"dən Azərbaycana qarşı yeni tərbiyəsizlik

APA Tv-nin məlumatına görə, "Google maps" proqramının yenilənməsindən sonra Xankəndi və ətraf ərazilər erməni dilində yazılıb. Yalnız Xankəndinin adı həm də Azərbaycan dilində göstərilib. Bu ilin iyununda da "Google maps" Azərbaycanla bağlı daha bir təxribata yol verərək xəritədə Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adını erməni dilində "Dağlıq Qarabağ Respublikası" kimi göstərmişdi."Google" tərəfindən vaxtaşırı olaraq bu cür təxribatlara yol verilir. Xatırladaq ki, "Google maps" proqramı Yer planetinin peyk vasitəsi ilə çəkilmiş şəkillərindən ibarətdir.

Mənbə: Milli.Az

17 noyabr 2014
GO BACK