Bakıda keçirilən qarışıq döyüş növləri üzrə (MMA) açıq Avropa çempionatı başa çatıb. Milli.Az xəbər verir ki, 20 ölkənin iştirak etdiyi turnirdə Azərbaycan 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. 84 kq-da Taleh Nəcəfzadə finalda məğlub olmaqla gümüş medala layiq görülüb. 93 kq-dan yuxarı çəkidə yarışan Zaur Hacıbabayev isə bütün görüşlərini qələbəylə başa vuraraq Avropa çempionu tituluna sahib çıxıb. Çempion olduqdan sonra göz yaşını saxlaya bilməyib və ağlayıb. Hər döyüşə başlayan zaman Zaur öz rəqibinə yaxınlaşaraq, onu gülər üzlə qarşılayırdı. Qeyd edək ki, Hacıbabayev bir neçə ay əvvəl MMA üzrə dünya çempionu olub.
Mənbə: Milli.Az