Tanınmış amerikalı boksçu Mayk Tayson Şekspirin "Otello" əsərindəki Otello obrazını canlandırmaq istəyir. Milli.Az Rusiya KİV-nə istinadən bildirir ki, bu barədə boksçu özü bildirib.
O, teatr səhnəsinə çıxmaq istəyir, ancaq birinci özünü televiziyada sınamaq niyyətindədir. "Mən çox istəyirəm ki, Şekspirin əsərində oynayım. Dəqiq bilmirəm ki, hansı alınar, ancaq Otello daha maraqlıdır", - o əlavə edib. "Məni Otello obrazında təsəvvür edə bilirsiniz?" - o sual edib. Mənbə: Milli.Az