Qadin.NET / Sınaqdan çıxmış cavanlıq cövhəri

Sınaqdan çıxmış cavanlıq cövhəri

 

Cavan və sağlam olmaq hər bir insanın arzusudur. Düzdür, cavan qalmaq zamanın ixtiyarındadır, amma özünü həmişə cavanlıqda olduğu kimi sağlam hiss etmək insanın öz əlindədir. Bunun üçün heç də bütün var-dövlətini sərf etməyə ehtiyac yoxdur. Sadəcə illərin sınağından çıxmış cavanlıq cövhəri olan yulaf həlimindən istifadə etmək lazımdır.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, hələ Hippokrat öz dövründə bu həlimin qeyri-adi gücünə inanaraq insanlara onu heç bir həkim göstərişi olmadan istifadə etməyi məsləhət bilib. Hippokratdan çox-çox sonralar fransız Jan de Katerin yulaf həlimindən müntəzəm istifadə edərək 120 il ömür sürüb və bununla da bu cavanlıq cövhərinin möcüzəsini nümayiş etdirib. Həmçinin qədim tibet təbabətində də bu həlimdən uzunömürlülük üçün geniş istifadə olunub.
Yulaf həlimi necə hazırlanır?
3 stəkan yulafın üzərinə 3 litr su əlavə edilib qaynadılır. Qaynadıqdan sonra 20 dəqiqə zəif odun üzərində saxlanılır. Bundan sonra onu yaxşıca bükmək lazımdır. Bir sutka bu vəziyyətdə saxladıqdan sonra tənzifdən keçirərək süzülür, üzərinə 100 qram bal əlavə edilir və yenidən qaynadılır. Ancaq bu dəfə odun üstündə çox saxlanılmamalıdır. Qaynara düşən kimi götürülməlidir. Götürdükdən sonra soyudub, şüşə qaba boşaldıb soyuducunun alt gözündə və ya sərin yerdə saxlanılmalıdır. Alınmış həlimi hər yeməkdən 30 dəqiqə əvvəl 100 qram kiçik qurtumlarla içmək lazımdır. İstifadədən qabaq həlimin üzərinə bir neçə damcı limon şirəsi də əlavə etmək olar. Bir kurs qəbul üçün yulaf həlimini yuxarıda göstərildiyi kimi üç dəfə hazırlamaq lazımdır. Yaz və payız aylarında yulaf həliminin təsiri daha güclü olur.
Orqanizminizi cavanlaşdırmaq və sağlam olmaq istəyirsinizsə, tənbəllik etməyin. Siz də illərin sınağından keçmiş cavanlıq cövhərindən bəhrələnin.

Mənbə: Milli.Az

 

17 noyabr 2014
GO BACK