Qadin.NET / Hava haqqında

Hava haqqında

Milli.Az Azər Tac-a istinadən noyabrın 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumatı təqdim edir:Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.Şimal küləyi 8-13 m/s, axşama doğru arabir 16-18 m/s olacaq.Temperaturun gecə 8-11° isti, gündüz 13-17° isti, Bakıda gecə 8-10° isti, gündüz 13-15° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək

Naxçıvan Muxtar Respublikasında arabir havanın yağıntılı olacağı gözlənilir.Şimal küləyi 5-10 m/s olacaq, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir havanın yağıntılı olacağı gözlənilir.Şimal küləyi 5-10 m/s olacaq, gündüz ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir.Şimal küləyi 5-10 m/s olacaq, gündüz ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.Temperaturun gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir havanın yağıntılı olacağı gözlənilir.Şimal küləyi 5-10 m/s olacaq, gündüz ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.Temperaturun gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış yağacağı gözlənilir.Şimal küləyi 5-10 m/s olacaq, gündüz ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.Temperaturun gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.Şimal küləyi 5-10 m/s olacaq, axşam arabir güclənəcək.Temperaturun gecə 7-10° isti, gündüz 13-16° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

16 noyabr 2014
GO BACK