Qadin.NET / Hansı günlərdə oruc tutmağın savabı daha çoxdur?

Hansı günlərdə oruc tutmağın savabı daha çoxdur?

 

Milli.Az İslam.az-a istinadən bildirir ki, ilin bütün günlərində müstəhəb oruc tutmağın böyük savabı var. Əlbəttə, burada Ramazan ayı və bəzi günlər istisnadır. Ramazan ayının orucu vacibdir. Qurban və Fitr bayramı günləri oruc tutmaq haram, Aşura günü oruc tutmaq isə məkruhdur. 

Hər qəməri ayın ortalarında üç gün, yəni 13-cü, 14-cü və 15-ci günlər oruc tutmağın böyük savabı var. Bəzi sosioloqlar və tibb mütəxəssisləri bunun cəmiyyətdəki cinayət hallarını azaltdığını söyləyirlər. Məlum olduğu kimi Ayın bədrləndiyi günlərdə insanların həssaslığı artır, həmin günlərdə insanlar daha əsəbi və həssas olurlar. Oruc tutmaq onların mənfi enerjisini aradan aparır.
Bundan əlavə, hər ayın ilk və sonuncu cümə axşamı günlərində, hər ayın 10-dan sonra birinci çərşənbə günündə oruc tutmaq da savabdır.
Mənbə: Milli.Az

 

15 noyabr 2014
GO BACK