Qadin.NET / Analar və boşanan qadınlar

Analar və boşanan qadınlar

 

 

Əgər qadın boşanmaq haqqında düşünürsə, valideyinin təsiri yekun qərarın qəbulunda əhəmiyyətli olur. Statistika isə göstərir ki, boşanan hər üç qadından ikisi öz anasının təsiri ilə həyat yoldaşından ayrılır. Boşanmaq qərarının qətiləşməsində analar yardımçı olur. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, sorğuda iştirak edən boşanmış qadınların 67%-i bildirib ki, ən çox anaları bu qərarda yardımçı olublar. Boşanan hər 10-cu qadın isə bildirib ki, boşanma qərarının qəbul olunmasında qardaşlar və bacılar kömək olublar. Yaxın qohumlar boşanma qərarını dəstəkləyərkən partnyorlar arasındakı uyğunsuzluğu göstərir, kişini tənqid edirlər. Bununla belə, boşanan qadınların 67%-i qohumların dəstəyindən razıdırlar. Çünki onlar evlilikdə xoşbəxt olmayıblar. 

Mənbə: Milli.Az

15 noyabr 2014
GO BACK