Qadin.NET / Cəlilabadda yeni arxeoloji materiallar aşkarlandı

Cəlilabadda yeni arxeoloji materiallar aşkarlandı

 

 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-neolit ekspedisiyası Cəlilabad rayonunda arxeoloji tədqiqat işlərini başa çatdırıb.Milli.Az bildirir ki, APA-nın məlumatına görə, ekspedisiyanın rəhbəri, tarix üzrə elmlər doktoru Tufan Axundov tədqiqat işlərinin rayonun Üçtəpə kəndi ərazisində aparıldığını bildirib. Burada Polutəpə qədim yaşayış yerində 6 min bundan əvvələ aid maddi-mədəniyyət nümunələri-kərpicdən tikilmiş bina qalıqları, saxsı qablar və kiçik ölçülü fiqurlar aşkar olunub.
Mənbə: Milli.Az
15 noyabr 2014
GO BACK