Qadin.NET / Qadınlarımızı belə yerlərdə işləməyə qoymayacaqlar

Qadınlarımızı belə yerlərdə işləməyə qoymayacaqlar

 

Azərbaycanda ağır fiziki işlər, qadınların sağlamlığı üçün təhlükəli digər işlər tədricən ləğv ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsində qeyd edilib.
Layihə görə, əməyin mühafizəsi, sanitar-sağlamlıq və əmək şəraitinin yaxşılaşdırılmasına, o cümlədən ağır fiziki işlərin, qadınların sağlamlığı üçün təhlükəli digər işlərin tədricən ləğv edilməsinə, istehsalatda travmatizmin və peşə xəstəliklərinin azaldılmasına yönəldilmiş tədbirlər həyata keçiriləcək.
Bununla yanaşı, sənayedə işləyənlərin sağlamlığına təsir edən istehsal amilləri qiymətləndiriləcək. Peşə xəstəlikləri ilə bağlı dispanserləşdirmə və reabilitasiya işinin inkişafına yönəlmiş müvafiq tədbirlər icra olunacaq.

Mənbə: Milli.Az

 

15 noyabr 2014
GO BACK