Qadin.NET / Peyvənd edilməyən uşaqları nə gözləyir?

Peyvənd edilməyən uşaqları nə gözləyir?

 

Peyvəndlər uşağın sağlamlığını qoruyur. Milli.Az Türkel TV-yə (TTV) istinadən xəbər verir ki, respublikanın milli immunlaşma təqviminə görə, uşaqlara doğulduğu gündən başlayaraq 6 yaş daxil olmaqla xəstəliklərə qarşı prafilaktik peyvənd aparılır. 11 növ xəstəliyə qarşı praflaktik tədbirlər nəzərdə tutulub. İlk peyvənd uşaq doğulduqdan birinci 12 saat ərzində, sonrakı peyvəndlər isə 6 yaşa qədər aparılır. 

Tovuz RMX-nın baş pediatrı Knyaz Qasımov: “Peyvənd olunmayan uşaqlarda həmin xəstəliyi keçirəndə çox ağır fəsadlar baş verir. Belə ki onlarda ömürlük əlillik, şikəstlik yaradır. Bəzi hallarda isə ölümlə nəticələnmə olur. Ona görə də biz hamımız çalışmalıyıq ki, valideynlər də bunu bilməlidilər ki, bütün bu peyvəndlər vacibdir, mütləqdir, arzuolunandır".
Bəzi valideynlər bir çox bəhanələrlə uşaqlarını peyvənd etdirməkdən imtina edirlər. Peyvənd üçün uşaq poliklinikasına müraciət edilməlidir. Peyvəndlər yalnız və yalnız tibb müəssisəsi daxilində aparılmalıdır. 
Knyaz Qasımov: "Ev şəraitində heç bir peyvəndin aparılmasına icazə verilmir. Çünki peyvəndlərin saxlanılması üçün yeganə şərait tibb müəssisəsindədir. Yəni bunu bilmək lazımdır ki, bütün peyvəndlər soyuducu sistemində saxlanmalıdır".

Mütəxəssislər bildirirlər ki, valideynlər uşaqlarını peyvənd etdirməkdən imtina etməsinlər. Əks halda onlar özləri də bilmədən öz balalarının sağlamlığını təhlükə qarşısında qoya bilərlər.

Mənbə:Milli.Az

 

14 noyabr 2014
GO BACK