Qadin.NET / Oğlan özündən bir neçə yaş böyük qızla evlənə bilərmi?

Oğlan özündən bir neçə yaş böyük qızla evlənə bilərmi?

 

Oğlan özündən bir neçə yaş böyük qızla (qadınla) evlənə bilərmi? 

Milli.Az islam.az-a istinadən bildirir ki, bu barədə İslam dinində xüsusi bir qadağan yoxdur. Bu məsələ hər kəsin zövqünə aiddir. İctimai şərait və adət-ənənə də burada rol oynayır. Məsələn, Həzrət Mühəmməd Peyğəmbər (s) özündən yaşca böyük olan Xədiceyi-kübra ilə evlənmişdir. 
Bunu da qeyd edək ki, evlənmək mövzusunda İslamın tövsiyələrindən biri də evlənən tərəflərin bir-birinə tay olmasıdır. Buna şəriətdə “küfüv” deyilir. Küfüv deyərkən, evlənənlərin yaş, savad, sosial təbəqə, maddi imkan cəhətdən bir-birinə uyğun olması nəzərdə tutulur. Bu uyğunluq pozulanda ailədə müxtəlif narazılıqlar yaranır və bəzən məsələ boşanma ilə nəticələnir.
Mənbə:Milli.Az

 

14 noyabr 2014
GO BACK