Ölkədə heyvandarlıq sahəsində damazlıq işinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yeni süni mayalanma mərkəzi yaradılacaq.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, yeni mərkəz fransız mütəxəssislərin təşəbbüsü ilə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun 10 hektara yaxın sahəsində tikiləcək.
Süni mayalanma sahəsində, eyni zamanda, Fransa ilə kadr mübadiləsinin aparılması da nəzərdə tutulur.
Mənbə:Milli.Az