"Dağlıq Qarabağ münaqişəsi tərəfləri müharibəni yenidən başlamaq variantından imtina etməlidirlər".
ANS PRESS-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində qeyd edib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin böyüməsi heç kəsin marağına cavab vermir: "Tərəflər vəziyyətin daha da gərginləşməsinə yol verməməlidir", - deyə həmsədr söyləyib. Xatırladaq ki, Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
Mənbə: ANS PRESS